Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 3 Dekabr
03 dekabr 2014 20:08 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 3 Dekabr

0

GÜNÜN ŞƏRHİ

Dağlıq Qarabağ münaqişəsinin tərəfləri Azərbaycan və Ermənistandır, bu fakt ATƏT-in Minsk Qrupu həmsədrlərinin verdikləri bütün bəyanatların, beynəlxalq səviyyədə qəbul olunan bütün rəsmi sənədlərin leymotivini təşkil edir. Amerikalı həmsədr Ceyms Uorlikin qondarma “Dağlıq Qarabağ Respublikası parlamenti”nin nümayəndə heyətini qəbul etməsi və verdiyi izahatda onların münaqişə tərəfi kimi təqdim etməsi qeyd olunan bəyanat və rəsmi sənədlərə zidddir. Bunu cənab Uorlik də bilir. Bəlkə də subyektiv fikirdir, amma mən amerikalı həmsədrin bunu bilərək etdiyini düşünürəm. Məsələnin Azərbaycan-ABŞ münasibətlərindən çox, dünyada qüvvələr balansının yenidən formalaşması ilə birbaşa əlaqəsi var. Ukraynada baş verən proseslər və Yaxın Şərq böhranından sonra ikiqütblü dünya düzəni yenidən gündəmə gəlib. Amerika maraqlar mübarizəsi apardığı bölgələrin dövlətlərini öz qütbündə cəmləşdirmək istəyir, bu səbəbdən ikiqütblü düzənə qarşı çıxan ölkələrə mümkün təzyiq vasitələrini işə salır. Qondarma rejimin nümayəndələrini münaqişə tərəfi kimi təqdim etmək, onlarla görüş keçirməyin əsas səbəbi də budur. Vaşinqton özünü bir daha bəlli edir və Dağlıq Qarabağ münaqişəsinə zəruri hallarda tərəflərə təzyiq vasitəsi kimi baxdığını gizlətmir. Və bir gerçək yenidən üzə çıxır - həmsədrlərdən heç biri münaqişənin həllində maraqlı deyil və Azərbaycan bu reallıqdan çıxış edərək daha effektiv həll formatı, yeni mexanizmlər üzərində düşünməyə məcburdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 333

Oxşar yazılar