NƏSİMİ NƏBİZADƏNİN TƏQDİMATINDA GÜNÜN ŞƏRHİ
Sambo rus güləşidir. Özünümüdafiə məqsədi daşıdığı deyilən bu idman növü əslində ən ağrıverici fəndlərlə rəqibi çıxılmaz vəziyyətə salmağa və təslim olmağa məcbur etmək məqsədi daşıyır. Beynəlxalq idman aləmi bu güləşin fəlsəfəsini bilir və məhz buna görə də bu idman növü Olimpiya oyunlarının siyahısına daxil etmir. Mənim bu gün sambodan danışmağımın məqsədi başqadır. Beynəlxalq idman ictimaiyyəti bu güləş növünü bloka salsa da, beynəlxalq birlik Ukraynanı sambo fəndləri ilə döşəyə dirəyən Rusiya prezidentini bloka salmaqda acizdir.
Qısası, itirə-itirə gedirlər. Ukrayna Krımı və Şərq vilayətlərini itirdikcə Qərb postsovet məkanındakı nüfuzunu itirir. Qərb anlamır ki, gözləmə mövqeyi tutmaqla itirən tərəf Ukrayna, yaxud Rusiya deyil, uduzan elə özüdür. Çünki bundan sonra heç kim - nə bir vətəndaş, nə bir dövlət Qərbin “Demokratiya haqqında ballada”sına inanmayacaq. Çünki ortada demokratik dəyərlərdən daha üstün bir şey var - güc. Güc nümayiş etdirən isə Rusiyadır, bölgəni, postsovet məkanı insanının mentalitetinin Qərbdən qat-qat yaxşı bilən Rusiya. «Protiv loma, net priyoma, esli net druqovo loma» məsələni kəşf edən də ruslardır, bu məsəlin həqiqiliyini Qərbə isbat etməyə çalışan da. Qərb “insan haqları”, “gender bərabərliyi”, “icmaların inkişafı” kimi sovet insanına yad olan anlayışları tirajlamazdan əvvəl gərək bu məsəlin mahiyyətini araşdıraydı. Amma hələ də gec deyil.
Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku - 7 aprel
564