Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku - 1 aprel
01 aprel 2014 20:09 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku - 1 aprel

NƏSİMİ NƏBİZADƏNİN TƏQDİMATINDA GÜNÜN ŞƏRHİ

Həyat davam edir. Həyat həm də başdan-ayağa təzadlarla doludur. Öz rənglərində - ağ-qarası ilə, öz günlərində - gecəsi-gündüzü ilə, öz dadında - acısı-şirin ilə, sevinci-qəmi ilə, səmimiyyəti və istehzası ilə. Yeri gəlmişkən, bütün yazdığı əsərlərində bircə dəfə də olsun oxucusuna yüngülcə təbəssüm bəxş etməyən İsa Muğanna məhz gülüş günündə dünyasını dəyişdi. Bunu da həyatın acı bir yumoru kimi dəyərləndirmək olar. Mənə elə gəlir ki, insanların gülmək üçün yalnız 1 aprel tarixini gözləmələri əslində anlaşılmazdı. Gülmək üçün bizim hərdən təqvimə də baxmağımız lazımdı. Məsələn, dünən soyqırımı günümüzü qeyd etmişik, sabah isə Kəlbəcərin işğalı günüdür. Sizi güldürə bilmədiyim üçün üzr istəyirəm.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 661
avatar

Oxşar yazılar