Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku - 10 aprel
10 aprel 2014 20:20 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku - 10 aprel

NƏSİMİ NƏBİZADƏNİN TƏQDİMATINDA GÜNÜN ŞƏRHİ

Vostok – delo tonkoye. Yəni, Şərq - incə məsələdir. Ölkənin şərqini itirmək təhlükəsi ilə üz-üzə qalan Ukrayna bu məsəlin nə qədər həqiqətəuyğun olduğunu öz dərisində hiss edir. Bu gün Ukrayna hərbçiləri döyüşmədən, silahı təhvil verərək Krımı tərk etdilər. Kadrlarda əsgərlərdən birinin sifətində gördüyüm ifadə mənə Ənvər Məmmədxanlının əsəri əsasında hazırlanmış “Şərqin səhəri” tamaşasında rəhmətlik Səməndər Rzayevin monoloqunu xatırlatdı. O zaman Bakını tərk etməyə məcbur qalan neft milyonçusu belə deyirdi: “Eybi yox, Bakı. Bizimki qalsın sonraya. Vaxt gələr, mən qayıdaram. Vaxt gələr, biz qayıdarıq. Bax, məhşər onda olacaq”. Bu, neft milyonçusunun sözləri idi, o Bakını tərk edərkən, qazandıqlarını da özü ilə aparırdı. Bu gün Krımı başıaşağı tərk edən Ukrayna əsgəri isə nə milyonçudur, nə də qazandığı bir şey var. Onun yalnız silahı vardı, o illərdir qoruduğu torpağından silahı əlindən alınaraq yola salındı. Milyonçunun qayıdışı ilə əsgərin qayıdışı fərqli olur və düşünürəm ki, o əsgər geri qayıdan zaman gerçəkdən də məhşər olacaq, rəhmətlik Səməndər Rzayevin dediyi məhşər.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 734
avatar

Oxşar yazılar