Neftçalada baş verən qəzada sürücü öldü
Neftçalada ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə günorta saatlarında Ələt-Astara magistralının Neftçala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Astara rayon sakini, 1952-ci il təvəllüdlü Əliağa Hacıbaba oğlu Cəfərovun idarə etdiyi "Mitsubishi" markalı 50 CG 162 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü hadisə yerində ölüb. Onun ürək tutmasından öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.
607