Nazirliyə ötən ay daha çox hansı müraciətlər daxil olub?
01 oktyabr 2019 11:09 (UTC +04:00)

Nazirliyə ötən ay daha çox hansı müraciətlər daxil olub?

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində  sentyabr ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Nazirlikdən Lent.az-a bildirilib ki, həmin müddətdə mərkəzlərə ümumilikdə 29 809 müraciət daxil olub.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 24 292 zəng qəbul edilib.

Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 5 517 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 855 sənəd (1 067 ərizə, 788 məktub) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlər daha çox I sinfə, məktəbə hazırlıq qruplarına qəbul, şagirdlərin elektron yerdəyişməsi, tələbələrin köçürülməsi, müddətli müqavilə ilə müəllimlərin işə qəbulu və digər məsələləri əhatə edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 518
avatar

Aygün İbrahimli

Oxşar yazılar