Nazirliklər reyd keçirdi: <span style="color:red;">3 nəfər saxlanıldı
17 noyabr 2014 11:02 (UTC +04:00)

Nazirliklər reyd keçirdi: 3 nəfər saxlanıldı

Ekologiya və Təbii Sərvətlər, eləcə də Daxili İşlər Nazirliklərinin əməkdaşları tərəfindən “Ovçuluq haqqında” Qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə respublika ərazisində növbəti reydlər keçirilib. 

 

Nazirlikdən Lent.az-a verilən məlumata görə, Siyəzən rayonunun Çarax kəndi ərazisində ov edən kənd sakinləri Rövşən Pircanov və Amil Quliyev saxlanılıb. Onlardan 2 ov tüfəngi, 12 patron götürülərək barələrində qanunamüvafiq qaydada akt və protokol tərtib edilib. Qanun pozucularının hər biri 1000 manat məbləğində cərimə olunub.

 

Şərbətqobu ovçuluq təsərrüfatının ərazisində keçirilmiş reyd zamanı qanunsuz ovla məşğul olan Beyləqan rayon, Mil qəsəbəsi sakini Namiq Məmmədov saxlanılaraq ondan 1 ov tüfəngi, 4 patron və 2 ovlanmış dovşan götürülüb. Qanun pozucusu barəsində akt və protokollar tərtib edilərək, 1200 manat məbləğində cərimə olunub. 
  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 592

Oxşar yazılar