Nazirlikdən hava XƏBƏRDARLIĞI
15 sentyabr 2014 14:23 (UTC +04:00)

Nazirlikdən hava XƏBƏRDARLIĞI

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyinə dair ilkin məlumat açıqlayıb. ETSN-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sentyabrın 16-dan 17-nə keçən gecədən respublikanın şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, qeyri-sabit hava şəraitinin ikinci ongünlüyün sonunadək davam edəcəyi, şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Şimal-qərb rayonlarında dolu düşəcəyi ehtimal olunur.

 

 

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı düşəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

 

 

Hava şəraitinin gedişindən asılı olaraq bir daha dəqiqləşdirilmiş məlumat təqdim olunacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3502
avatar

Oxşar yazılar