Bayramla bağlı nazirlikdən sahibkarlara <span style="color:red;">MÜRACİƏT
31 avqust 2017 11:25 (UTC +04:00)

Bayramla bağlı nazirlikdən sahibkarlara MÜRACİƏT

Kənd Təsərrüfatı Nazirliyi Bakı şəhərinin yarmarkalarında yalnız Nazirliyin tabeliyində olan təsərrüfatlarda yetişdirilən  xırdabuynuzlu heyvanların satışına dair mətbuatda gedən məlumatlarla bağlı sahibkarlara müraciət bildirib. 

Qurumdan Lent.az-a bildirilib ki, Bakı şəhərinin 4 ünvanında ( Nərimanov rayonu,Əliyar Əliyev küç, Keşlə bazarının yanı, Xətai rayonu, “Nargilə” kafesinin yanı, Yasamal rayonu Şərifzadə küçəsi, “İdeal” şadlıq sarayının həyəti, Səbail rayonu Seymur Məmmədov küçəsi 8, parkın yanı) təşkil olunmuş Qurbanlıq heyvanların satış-yarmarkalarında KTN-nin tabeliyində olan təsərrüfatlarda yetişdirilən erkək xırdabuynuzlu heyvanların satışı ilə yanaşı həmin ərazilərdə, eyni zamanda Bakı şəhəri  və Bakı ətrafı qəsəbələrinin bir çox ərazilərində baytarlıq-sanitar normalara uyğun yerlərdə qurbanlıq heyvanların satışına və kəsiminə tam şərait yaradılıb.

Sahibkarlar Bakı şəhəri və Bakı ətrafı qəsəbələrdə təşkil olunmuş ərazilərdə iri və xırdabuynuzlu heyvanların satışına dəvət edilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 491
avatar

Oxşar yazılar