Nazirlik daha bir sahibkarı cərimələdi
30 may 2018 09:34 (UTC +04:00)

Nazirlik daha bir sahibkarı cərimələdi

 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə  Xətai rayonu, Şahin Səmədov küçəsində tullantıların yandırılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən araşdırılıb.
 
 
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, araşdırma zamanı tullantıların sözügedən ərazidə fəaliyyət göstərən “Üzeyir 2” kiçik müəssisəsi tərəfindən atılaraq yandırıldığı müəyyən edilib. 
 
 
Faktla bağlı müəssisənin rəhbəri İldırım Salmanov barəsində akt və protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən vəzifəli şəxs qismində 4800 manat məbləğində cərimə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 230
avatar

Oxşar yazılar