Nazirlik 8540 əlilə birdəfəlik yardım edib
02 dekabr 2014 14:40 (UTC +04:00)

Nazirlik 8540 əlilə birdəfəlik yardım edib

0

 

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 3 dekabr - Beynəlxalq Əlillər günü ilə əlaqədar sosial müdafiəyə daha çox ehtiyac duyan əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara birdəfəlik maddi yardım ayırıb.

 

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, “2014-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası

Proqramı”na uyğun olaraq həyata keçirilən bu tədbir ümumilikdə 8540 nəfər əlilliyi olan şəxsi və sağlamlıq imkanları məhdud 18 yaşadək uşağı əhatə edir.

 

Ümumi məbləği 256200 manat olan birdəfəlik maddi yardımın qeyd olunan şəxslərin müvafiq bank hesablarına köçürülməsinə başlanıb.

 

Cari ilin 9 ayında ƏƏSMN tərəfindən ayrı-ayrı ildönümlərlə əlaqədar, həmçinin sosial-məişət problemlərinin həllinə köməklik məqsədilə ümumilikdə 4633 nəfər əlilliyi olan şəxs ümumilikdə 227 100 manat birdəfəlik maddi yardımla təmin edilib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1060

Oxşar yazılar