Nazir orta məktəblərdəki kompüterlərin internetə qoşulmamasından danışdı
26 sentyabr 2013 17:09 (UTC +04:00)

Nazir orta məktəblərdəki kompüterlərin internetə qoşulmamasından danışdı

“Azərbaycanın təhsil sistemi internetə qoşulan iri bir şəbəkədir. Respublikamızda 1695 məktəb yüksək sürətli internetə qoşulub”. Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov Amerika-Azərbaycan Ticarət Palatasının (AMCHAM) təşkilatçılığı ilə keçirilən işgüzar görüşdə çıxışı zamanı bildirib. Nazir vurğulayıb ki, təhsildə informasiya texnologiyalarının tətbiqi geniş imkanlar yaradır.

 

M. Cabbarov bu sahədə olan nöqsanlardan da danışıb: “Bizim bütün məktəblərdə kompüterlər var, amma internetə qoşulmayıblar. Hesab edirəm ki, onların hər birinin internetə qoşulması təmin edilməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 718

Oxşar yazılar