Təhsil naziri Mikayıl Cabbarov “İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında” prezidentin sərəncamının icrası barədə əmr imzalayıb. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib.
Əmrdə qeyd olunur ki, Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, ali təhsil müəssisələri, Nazirlik tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri İlyas Əfəndiyevin yubileyi ilə bağlı təsdiq olunmuş Tədbirlər Planının yerinə yetirilməsini təmin yetirməlidirlər.
Nazir “Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında” prezidentin sərəncamının icrası barədə də əmr imzalayıb.
Hər iki əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.