Təhsil naziri Mikayıl Cabbarov respublika fənn olimpiadalarının
qalibləri haqqında əmr imzalayıb. Lent.az-ın nazirliyə istinadən verdiyi məlumata görə, əmr
2014-cü ildə keçirilmiş məktəblilərin fənn olimpiadalarının başa çatdığını nəzərə
alaraq, nəticələrin elan edilməsi və qaliblərinin rəğbətləndirilməsi məqsədilə verilib.
Əmrdə nazirliyin məktəbəqədər və ümumi təhsil şöbəsinin, İqtisadiyyat şöbəsinin və Təhsilin statistikası və keyfiyyətin qiymətləndirilməsi şöbəsinin müdirlərinə olimpiada qaliblərinin mükafatlandırılması ilə bağlı təkliflərini Nazirliyin rəhbərliyinə
təqdim etmələri tapşırılıb.
Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.
Qeyd edək ki, qaliblərin adı nazirliyin rəsmi saytında yerləşdirilib.