Nazir bayram günü Saraydakı internata getdi
04 oktyabr 2014 11:42 (UTC +04:00)

Nazir bayram günü Saraydakı internata getdi

0

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Qurban bayramı münasibətilə nazirliyin Abşeron rayonu Saray qəsəbəsindəki 7 saylı fiziki və əqli qüsurlu uşaqların internat evində olub. Lent.az-ın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi xəbərə görə, uşaqların təminatı ilə yerindəcə tanış olan S.Müslümov uşaqları və burada çalışan işçiləri bayram münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb.
 

S.Müslümov hazırda nazirliyin tabeliyində fiziki və əqli cəhətdən qüsurlu uşaqlar üçün iki internat evinin fəaliyyət göstərdiyini bildirib. Bu müəssisələrdə ümumilikdə 300 nəfərdən çox uşaq tam dövlət təminatında yaşayır.

 

Nazir 4-18 yaş arasında olan 144 nəfər uşağın dövlət himayəsində yaşadığı internat evində uşaqların qida, geyim, tibbi xidmət və dərman preparatları ilə təminatı, aparılan reabilitasiya prosedurları, müəssisənin kommunal təchizatı, yeməkxanası, yataq korpusu, musiqi, akt, idman zalları, dərnəkləri, mini emalatxanası, kompüter otaqları və s. ilə tanış olub.
 

S.Müslümov burada hər bir uşağa daim diqqət və qayğı ilə münasibət göstərilməsi, onların maddi və mənəvi tələbatlarının ödənilməsi üçün bütün tədbirlərin görülməsi barədə tapşırıqlar verib.

 

Sonra uşaqların əl işlərinə baxış keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 947

Oxşar yazılar