Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetində qəbul keçirib. APA TV-nin xəbərinə görə, qəbulda qərb bölgəsinin 12 rayon və şəhərindən 50 nəfər iştirak edib. Vətəndaşların müraciətləri daha çox ətraf mühitin və ekoloji tarazlığının mühafizəsi, meşələrin qorunması ilə bağlı olub: "Meşə fondunun torpaqlarından istifadə, odun yanacağından istifadə edə bilməklə bağlı olub. Bələdiyyə torpaqlardan düzgün istifadə olunmur".
Quş ovuna qadağa ilə bağlı sualları cavablandıran nazir bildirdi ki, mövsümi olaraq, hansısa ovlanmalara icazə verilsə də, quş ovuna qoyulan qadağa götürülməyəcək.
Qəbulda vətəndaşları narahat edən bəzi məsələr yerindəcə həllini tapıb.