Naxçıvanın tarixi ilə bağlı mühüm tapıntı
18 oktyabr 2016 15:33 (UTC +04:00)

Naxçıvanın tarixi ilə bağlı mühüm tapıntı

Naxçıvan şəhərinin tarixi ilə bağlı mühüm tapıntı olub.

 

Lent.az naxcivanxeberleri.com-a istinadən xəbər verir ki, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev bildirib ki, Naxçıvan şəhərinin məskunlaşma tarixi ilə bağlı tarixçilər və tarixsevərlər arasında müxtəlif fikirlər var idi. Bəzi tədqiqatçılarımız Naxçıvan şəhərinin 3500, bəziləri isə 5000 il yaşı olduğunu söyləyib. Oktyabr 15-də Naxçıvan şəhəri ərazisində apardığımız araşdırmalar şəhərin ərazisindəki məskunlaşma tarixini daha da qədimləşdirməyə imkan verir. Şəhərin ərazisində, Sərhəd qoşunları şəhərciyinin yaxınlığında, Naxçıvan çayının sağ sahilində yeni aşkar olunan yaşayış yeri Erkən Eneolit dövrü ilə tarixləndirilə bilər. Bəzi keramika nümunələri və əmək alətləri Neolit dövrünün də varlığından xəbər verir. Yeni yaşayış yeri e.ə.VI-V minilliklərlə tarixləndirilə bilər. Beləlilə, gələcək araşdırmalar nəticəsində Naxçıvan şəhəri ərazisində məskunlaşma tarixini 8-9 min il bundan əvvələ aid etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 235
avatar

Oxşar yazılar