Yenidən hazırlanma təhsili üzrə ixtisasların sayı artırılıb
30 oktyabr 2014 12:05 (UTC +04:00)

Yenidən hazırlanma təhsili üzrə ixtisasların sayı artırılıb

0

 

 

Cari dərs ilində Azərbaycanın ümumtəhsil müəssisələrində pedaqoji kadrlara olan tələbat nəzərə alınaraq, yenidən hazırlanma təhsili üzrə ixtisasların sayı artırılıb və yeni ixtisaslar üzrə müəllim hazırlıqlarına başlanılıb. Bunlar riyaziyyat-informatika, kimya-biologiya, tarix-coğrafiya ixtisaslarıdır. Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, ilk dəfə olaraq rus bölmələri üçün ixtisaslı müəllimlərin hazırlığı məqsədi ilə yenidən hazırlanma müəssisələrində ibtidai sinif müəllimi ixtisası üzrə təlimlərin təşkili planlaşdırılır.

 

Son illərdə yenidən hazırlanma təhsili ibtidai sinif müəllimliyi, Azərbaycan dili və ədəbiyyat, xarici dil, psixologiya və məktəbəqədər təhsil ixtisasları üzrə aparılıb.

 

Hazırda insan potensialının inkişafını, kadrlara olan real tələbatın daha dinamik və çevik surətdə ödənilməsini təmin etmək məqsədi ilə kadrların yenidən hazırlanma təhsilinin məzmunu, forması, təşkili və yekun attestasiyası qaydalarında ciddi dəyişikliklər edilməsi istiqamətində işlər həyata keçirilir.

 

Pedaqoji profilli ixtisaslar üzrə yenidən hazırlanma təhsili Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən hazırlanma İnstitutu, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universitetində aparılır.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 959

Oxşar yazılar