AzTV Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədri Arif Alışanov yenidən ailə qurub.
Lent.az xəbər verir ki, bu haqda Gununsesi.org məlumat yayıb. Xəbərə görə, o “Mədəniyyət” kanalının aparıcısı, həmçinin televiziyanın solisti Ayşən Məstanova (Şakirqızı) ilə nigaha girib.
Cütlüyün izdivacdan bir oğlu var. Mənbə bildirib ki, həyat yoldaşı A.Alışanov işdən azad edildiyi gün telekanalı tərk edib.
Xatırladaq ki, Arif Alışanov bu il yanvarın 15-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla AzTV sədrliyindən azad edilmişdi. Bundan az əvvəl xanımı, Hesablama Palatasının auditoru Mehriban Alışanova keçmiş sədrdən boşanıb.
Mehriban Alışanova hazırda Hesablama Palatasının beş auditorundan biridir. Onların bu evlilikdən üç övladı var.
Qeyd edək ki, boşanmaya səbəb kimi Arif Alışanovun son zamanlar şəxsi həyatında baş verən proseslər göstərilmişdi. Arif Alışanovun dövlət televiziyasının sədri olmasına baxmayaraq, özünü bu postda qeyri-adekvat aparması, həyatındakı xanımlar, içki məclislərindəki rəftarı onun ailəsində ciddi narazılıqların yaranmasına səbəb olduğu deyilirdi.
Keçmiş sədr bir müddət əvvəl zərərçəkmiş kimi tanındığı məhkəmə işinə görə gündəmə gəlib və prosesin gedişatında ona qarşı kifayət qədər ciddi korrupsiya ittihamlar səslənmişdi.
Alışanovun keçmiş ortağı və sonradan şikayət edərək həbs etdirdiyi Şücaət Əkbərov Alışanovla bağlı sensasion faktlar açıqlamışdı.