Bu il müəllim olmaq istəyənlər üçün 7 min vakant yer çıxarılıb.
Lent.az- xəbər verir ki, bu barədə məlumatı təhsil nazirinin müavini Məhəbbət Vəliyeva nazirlikdə keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, imtahanda iştirak edən 41 288 namizəddən 18 881 nəfəri ikinci mərhələyə keçib.
İmtahanda iştirak edən 3 nəfərin ən yüksək nəticə olan 60 balın topladığını deyən M.Vəliyeva qeyd edib ki, bu il imtahanlarda 21 375 namizəd ilk dəfə, 19 913 namizəd isə təkrar iştirak edib. M.Vəliyevanın sözlərinə görə, imtahana təkrar girən namizədlərin çoxu keçən ilki nəticələrdən yüksək nəticə qazanıblar.
Qeyd edək ki, bu il iyul ayının 8-dən 24-dək Təhsil Nazirliyi müəllimlərin işə qəbulu üzrə imtahanlar keçirib.