
Minimum əmək haqqı 40 faiz, sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb
”Azərbaycanda 10 min nəfərə elektron qaydada pensiya təyin olunub".
ONA-nın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakıda keçirilən Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Regional Sosial Təminat Forumunda çıxışı zamanı deyib.
Nazir bildirib ki, bu ilin ötən dövründə minimum pensiya və minimum əmək haqqı 40 faiz, sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb.
S.Babayevin sözlərinə görə, cari ilin ötən dövründə reallaşdırılan uğurlu sosial paket 3 milyon insanın rifahına ciddi təsir göstərib.
O qeyd edib ki, pensiya sisteminin yeni inkişaf konsepsiyası hazırlanıb, şəhid ailələri və müharibə əlillərinin mənzillə, minik avtomobili ilə təminatı proqramı genişlənib.
Oxşar yazılar

İmtahanın düzgün cavabları - VİDEO
13 iyul 2025 , 14:34
Azərbaycanda ən isti hava harada qeydə alındı? - SİYAHI
13 iyul 2025 , 14:29
Bu gün 34 mindən çox abituriyent imtahan verdi -YENİLƏNİB
13 iyul 2025 , 13:33
Sabah çimərliyə gedənlərin DİQQƏTİNƏ!
13 iyul 2025 , 12:26
Qarpızdakı üç əsas əlamət: onu qətiyyən almamalısınız
13 iyul 2025 , 12:23
Bakıda 40 dərəcə isti olacaq - SABAHIN HAVASI
13 iyul 2025 , 12:05
İşlər çox pis gedəcək: Bu BÜRCLƏRİ ilin ən çətin dövrü gözləyir
13 iyul 2025 , 09:09