Milli Qəhrəmanın xatirəsi Ukraynada anıldı
22 oktyabr 2014 16:44 (UTC +04:00)

Milli Qəhrəmanın xatirəsi Ukraynada anıldı

0

 

Oktyabr ayının 21-də Azərbaycanın Milli Qəhrəmanı Ruslan Polovinkanın 45 illiyi münasibətilə Xarkovda fəaliyyət göstərən "Dostluq" Ukrayna Azərbaycan Cəmiyyətinin üzvləri Şahin Ömərov, Bayram Vəliyev, Pənah Bəkirov, Yekaterina Bubliy, Xarkovdakı Azərbaycan diasporunun digər nümayəndələri Vaqif Almuradov və Elşad Aslanov Xarkov vilayətinin Zmiyev şəhərindəki qəhrəmanın qəbrinə çiçək düzərək xatirəsini bir dəqiqə sükutla yad ediblər.  Vesti.az-ın məlumatına görə, mərasimə Ruslanın qohumları və dostları toplaşıblar. Mərhumun ruhuna dini ayin icra olunub.

 

Ruslan Polovinka 22 il əvvəl Qarabağ müharibəsi dövründə Kasapet kəndi yaxınlığındakı yüksəklik uğrunda xüsusi əməliyyat zamanı qəhrəmanlıqla həlak olub. Xatirə mərasimi çərçivəsində "Dostluq" cəmiyyətinin mərhum qəhrəmana həsr etdiyi sənədli film göstərilib. Tədbirdə çıxış edən Ş. Ömərov Ruslanıın valideynlərinə minnətdarlıq edərək, Ukraynadakı mövcud vəziyyəti 1992-ci il Azərbaycanı ilə müqayisə edərək vəziyyətin tezliklə sabitləşəcəyinə inam ifadə edib. Natiq habelə qəhrəmanın qəbrini axtarıb tapan Rəhman Əliyevə və Vesti.az saytının baş direktor müavini Zaur Nurməmmədova da təşəkkür edib, qəhrəmanı Qızıl Ulduzla təltif etdiklərinə, valideynlərinin pensiya təminatı ilə bağlı zəruri işləri tez bir zamanda həll etdiklərinə görə Azərbaycan prezidenti İlham Əliyevə, Azərbaycanın Ukraynadakı səfirliyinə, Müdafiə Nazirliyinə də minnətdarlığını bildirib. Sonra Ruslanın valideynləri "Dostluq" cəmiyyətinə və Xarkovdakı Azərbaycan diasporuna, həmçinin bütün Azərbaycan xalqına övladlarının xatirəsinə hörmət və ehtirama görə təşəkkür ediblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 778

Oxşar yazılar