Milli-mənəvi dəyərlərin qorunması ilə bağlı müzakirələr təşkil olunacaq
10 aprel 2014 09:12 (UTC +04:00)

Milli-mənəvi dəyərlərin qorunması ilə bağlı müzakirələr təşkil olunacaq

Media İnkişaf Mərkəzi İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə yeni layihənin icrasına başlayıb. Birlikdən Lent.az-a verilən məlumata görə, “Mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması ilə bağlı müzakirələrin təşkili” adlanan layihə 3 ay müddətində icra olunacaq.

 

Layihə mətbuatda, sosial mediada və şəbəkələrdə, xüsusilə gənclərimiz arasında milli-mənəvi dəyərlərin və etik normaların təbliğinə dair müzakirələrin aparılmasından bəhs edir.

 

“Layihənin məqsədi cəmiyyətimizin fəal ictimai kəsimi olan gənclərimizin ölkənin və xalqın taleyüklü problemlərinə diqqətini artırmaqdır. Qarşıya qoyulan vəzifələr – müzakirələrə mümkün qədər geniş sosial dairələri cəlb etmək, müzakirələrin davamlılığına səy göstərmək, müxtəlif ictimai qrupların və təşkilatların bu məsələni gündəmə gətirməsinə çalışmaqdır” – deyə məlumatda bildirilir. 

 

MİM İB hesab edir ki, Azərbaycan inkişaf edən dünyanın bir parçasıdır və dünyada baş verən müxtəlif müsbət və mənfi xarakterli dəyişikliklərdən kənarda qala bilməz: “İnternet medianın və xüsusilə sosial şəbəkələrin fəaliyyətini genişləndirdiyi bir vaxtda formalaşmaqda olan gənc nəslin bu dalğanın mənfi təsirlərindən kənarda saxlanılmasına diqqət yetirilməlidir. Bu məsələ Azərbaycan cəmiyyəti üçün çox vacib məsələlər sırasındadır. Milli-mənəvi dəyərlərimizə, etik normalara sadiq nəslin formalaşdırılması üçün medianın üzərinə ciddi məsuliyyət düşür. Bu baxımdan, məsələ ilə bağlı mediada və sosial şəbəkələrdə bu mövzuda müzakirələrin açılmasına, bu müzakirələrə müxtəlif yaş nəslindən olan insanların dəvət edilməsi və xalqımızın milli-mənəvi irsinə müraciət edilməsinə ehtiyac olduğunu düşünürük”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 392
avatar

Oxşar yazılar