Metropolitendən ticarətçilərə məsləhət: “Baş Prokurorluğa müraciət edin”
02 aprel 2014 19:09 (UTC +04:00)

Metropolitendən ticarətçilərə məsləhət: “Baş Prokurorluğa müraciət edin”

Bu gün Bakı Metropoliteninin binası qarşısında “Nərimanov” metro stansiyasında fəaliyyət göstərmiş ticarət obyektlərinin sahibləri onlara vurulan ziyana görə təzminat tələb etmək məqsədilə qurum rəhbərliyi ilə görüşüblər.


 

Ticarət obyektlərinin sahibləri “APA-Economics”ə bildiriblər ki, işləmədikləri aya görə öncədən ödədikləri vəsaiti geri almaq niyyətində olublar. Bu məqsədlə Bakı Metropoliteninin rəhbərliyinin qəbuluna gəliblər.

 

Qəbulda olan iki ticarət obyektinin sahibi bildirib ki, görüş zamanı qurum rəhbərliyi onlara iddiaları və tələbləri ilə bağlı Baş Prokurorluğa müraciət etməyi tövsiyə edib.

 

Ticarət obyektlərinin sahibləri əlavə ediblər ki, Bakı Metropoliteninin keçmiş rəhbəri Tağı Əhmədov onların bir ay öncədən ödədikləri vəsaiti geri qaytarmaq üçün Fəqan adlı şəxsə verib. Lakin həmin şəxs bu vəsaiti ticarət obyektlərinin sahiblərinə verməyərək, onları mənimsəyib.

 

Bakı Metropoliteninin mətbuat xidmətindən isə “APA-Economics”ə bildiriblər ki, yeni yaradılan “Bakı Metropoliteni” QSC heç bir sahibkardan pul almayıb. Bu məsələ artıq qurtarıb, əgər sahibkarların şikayəti varsa, hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1066
avatar

Oxşar yazılar