Metropoliten hüquq-mühafizə orqanlarına müraciət etdi
07 oktyabr 2016 10:55 (UTC +04:00)

Metropoliten hüquq-mühafizə orqanlarına müraciət etdi

 

"Bakı Metropoliteni" qanunsuz reklamın qarşısını alıb.

Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Lent.az-a verdiyi məlumata görə, 2014-cü ildə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yarandıqdan sonra metroda bütün növ reklam vasitələri yığışdırılıb. Əsas məqsəd metro stansiyalarında, qatarlarda pərakəndəliyi aradan qaldırmaq, qanunsuz, insanların zövqünə, təhlükəsizliyinə maneə yaradan reklam vasitələrini yığışdırmaq idi. Eyni zamanda metro stansiyalarında və qatarlarda təmir-bərpa, yenidənqurma işləri həyata keçirilib. Artıq ötən ildən Metro stansiyalarında qanunvericiliyin tələbləri qorunmaqla müasir standartlara cavab verən reklam vasitələrindən istifadə olunur. Görülmüş tədbirlər nəticəsində artıq metropoliten ərazisində razılaşdırılmamış reklam vasitələrinin yerləşdirilməməsi təmin edilib.

 
Buna baxmayaraq, bəzən qanunsuz reklam vasitələrindən istifadəyə cəhd edən şirkətlər də aşkarlanır. Belə ki, oktyabrın 3-də metro qatarında su şirkətlərindən birinə məxsus reklam vasitələrinin yapışdırılmasına rast gəlinib. Həmin reklam vasitələri vaqon qapısının üst hissəsində yerləşdirilmiş metropoliten xətlərinin sxeminin üzərinə yapışdırılıb. Təbii ki, bu, yolverilməzdir və eyni zamanda dövlət əmlakına zərər vurulması deməkdir.
 

Artıq “Bakı Metropoliteni” QSC məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Fakt Bakı Metropolitenində Polis şöbəsi tərəfindən araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 156
avatar

Oxşar yazılar