Osmanlı Sultan sarayının mətbəxindən qaynaqlandığı söylənilən “Özsüt” Azərbaycanda kafe açacaq. "Özsüt" ənənəvi türk şirniyyatı ilə yanaşı, fransız ustaları ilə birgə hazırlanan tortları, dondurmaları, Avropa və türk mətbəxindən yeməkləri ilə məşhurdur. Təkcə Türkiyədə 170-dən artıq kafesi olan brend dünyaya genişlənmək üçün atdığı hədəflərdə Azərbaycanı da seçib.
Kafenin təntənəli açılış mərasimi yüksək vəzifəli qonaqların və tanınmış simaların iştirakı ilə yaxın günlərdə gözlənilir. “Özsüt”ün Bakıda ilk kafesi “Gənclik” metrostansiyası yaxınlığındakı “Atatürk” Parkında yerləşəcək.