Türkiyənin məşhur serial aktyoru Talat Bulut Özgə Ş. adlı xanıma qarşı seksual hərəkət və cinsi təcavüz etməkdə təqsirləndirilir.
Lent.az gecce.com.tr-yə istinadən bildirir ki, məşhur aktyorun “Yasak elma” seralının çəkilişləri zamanı filmin set prodüsseri Özgə Ş-ya qarşı seksual hərəkətlər etməsi ilə bağlı iddia Qazi Osmanpaşa məhkəməsinə göndərilib.
Seksual zorakılığa məruz qaldığını deyən Özgə Ş bildirib ki, hadisə bölüm çəkilişləri əsnasında baş verib:
“Talat bəyin qalstukunu düzəldəcəkdim. Əvvəl dedi ki, düzəltmə. Sonra keçək başqa otaqda düzəlt-dedi. Otağa keçən kimi dodaqlarımdan öpdü və başqa sözlər pıçıldadı”.