Məktəbdə sevişirdilər, 63 il sonra evləndilər
25 oktyabr 2019 19:47 (UTC +04:00)

Məktəbdə sevişirdilər, 63 il sonra evləndilər

Məktəbdə oxuduqları vaxt bir-birinə aşiq olan yaşlı insanlar birləşiblər və buraxılış gecəsindən 63 il keçəndən sonra toy ediblər.
 
Lent.az Lenta-ru-ya istinadla bildirir ki, Annet Kallahan və Bob Harvi 1955-ci ildə məktəbdə oxuyanda tanış olublar. “Həmin gün mən ona 100 faiz aşiq oldum”, - Harvi söyləyib.
 
Ancaq yay tətili zamanı Kallahan digər cavanla, gələcək əri ilə ünsiyyətdə olmağa başlayır. Harvi də buraxılış gecəsindən sonra rastlaşdığı qızla evlənir. Gənclər əlaqəni itirirlər.
 
Harvinin həyat yoldaşı 2017-ci ildə uzun müddət əziyyət çəkdiyi xərçəng xəstəliyindən ölür. Həmin vaxt Kallahan yadına düşür və İnternetdən onun haqqında məlumat tapmağa cəhd edir. Kişinin dediyinə görə, Kallahan da 2015-ci ildə dul qalandan sonra onunla görüşmək qərarına gəlib. Harvi Virciniya ştatındakı evindən 805 kilometr aralıda yerləşən Kallahanın Ohayo ştatındakı evinə qədər gedir.
 
“O, qapını açanda ürəyim titrəyirdi. Mən əlimdə bir dəstə gül içəri girib onun üzünə toxundum, dedim ki, inanılmaz dərəcədə gözəldir və onu sevirəm”, - Harvi jurnalistlərə söyləyib. Bu vaxt hər ikisi keçmiş sevgilərini xatırlayırlar.
 
Sentyabr ayının axırında cütlük toy edib. Mərasim Ohayo ştatının Vestervill şəhərindəki kollec yanındakı kilsədə keçirilib.
 
“Mən bir qədər tərəddüd etsəm də, əmin idim ki, bunu istəyirəm”, - Harvi nikah mərasimdən sonra etiraf edib.
 
80 yaşlı bəylə gəlin mərasimdə musiqi dinləyiblər, öpüşüblər və Chances are kompozisiyanı amerikalı Conni Metisin ifası altında rəqs ediblər.
Cütlük bal ayını, əgər hava yaxşı olarsa Amerikanın Oreqon şəhərinin Momi buxtasında keçirməyi planlaşdırır.
 
“Biz hiss edirik ki, Allah bizim birlikdə olmağımıza kömək edib. Biz səbirsizliklə uzun müddət birgə yaşayacağımızı gözləyirik”, - Harvi vurğulayıb.
 
 
 
 
 
 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1825
avatar

Oxşar yazılar