Məktəb direktorlarının işə qəbulu üzrə yeni qaydalar hazırlanır. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən verilən xəbərdə o da qeyd olunur ki, qaydalar təsdiq edildikdən sonra ictimaiyyətə məlumat veriləcək: “Məktəb direktorlarının işə qəbulu üzrə yeni qaydalarda ehtiyat kadr bazasının formalaşdırılması nəzərdə tutulub. Qaydalar təsdiq edildikdən sonra bu istiqamətdə işlərə başlanacaq”.
Nazirlikdən o da bildirib ki, hazırda ümumtəhsil məktəblərində müəyyənləşdirilmiş meyarlara uyğun olaraq yaşı 65-dən yuxarı olan 2987 müəllim fəaliyyət göstərir.