Mehdi Mehdiyev: "Döyüşçülərin adından dövlət əleyhinə istifadə oluna bilməz"
04 oktyabr 2019 15:28 (UTC +04:00)

Mehdi Mehdiyev: "Döyüşçülərin adından dövlət əleyhinə istifadə oluna bilməz"

 
 
"Son günlər Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verən hadisə xoşagəlməz olaydır. Amma bundan süni istifadə edib insanları dövlət əleyhinə qaldırmaq istəyənlər var".
 
APA-nın məlumatına görə, bunu Binəqədi rayonu ərazisində SOCAR əməkdaşları ilə Qarabağ qaziləri arasında baş vermiş insidenti siyasiləşdirmək istəyən qüvvələrə qarşı etiraz olaraq Qarabağ qazilərinin keçirdiyi mətbuat konfransında çıxışı zamanı Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev bildirib.
 
M. Mehdiyev qeyd edib ki, döyüşçü adından dövlət əleyhinə istifadə oluna bilməz: "Hadisə təbii ki, xoşagəlməzdir. Amma biz qanuni, hüquqi dövlətdə yaşayırıq. Ona görə də bu məsələyə hüquq müstəvisində qiymət verilməlidir. Hər iki tərəfdən günahkarlar varsa, onlar cəzalandırılmalıdır. Amma kimlərinsə siyasi maraqlar baxımından xaricdəki qüvvələrin hesabına iğtişaş yaratmağına imkan verə bilmərik. Biz bu dövlət üçün canımızla, qanımızla döyüşmüşük, sabitliyimiz var və bunu pozmağa heç kimə icazə vermərik. Biz döyüşçülər həmişə o cür qüvvələrin qarşısında olacağıq".
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1125
avatar

Oxşar yazılar