Lent.az qeybə çəkilmiş döyüşçünün anasını tapdı: “O mənim oğlumdu!”
29 oktyabr 2013 17:33 (UTC +04:00)

Lent.az qeybə çəkilmiş döyüşçünün anasını tapdı: “O mənim oğlumdu!”

20 il əvvəl Qarabağ müharibəsində yaralanaraq vətənindən və ailəsindən xəbərsiz Azərbaycanda qalan Yevgeni Momotun valideynləri tapılıb. Bu barədə Lent.az-a Uzaq Şərqə, Jenyanın anadan olduğu Obluçye şəhərinə ezam olunmuş əməkdaşımız xəbər verib. Əməkdaşımızın dediyinə görə, Obluçyedə Momotlar ailəsini tapmaqda Azərbaycan diasporunun fəallarından olan Nazim Məmmədovun da köməyi olub:

 

“Biz yerli hüquq mühafizə orqanlarına müraciət etdik. Onlar Jenyanın ailəsinin Obluçyedə yaşadığını təsdiqlədilər və konkret ünvanı göstərdilər: “SSRİ-nin 60 illiyi” küçəsi, ev 68. Daha sonra bu evdə qeydiyyatda olan telefon nömrəsinə zəng etdik. Dəstəyi Yevgeninin anası Zinaida Yeqorovna götürdü. Bizim aramızda belə bir dialoq oldu:

 

- Salam, Zinaida Yeqorovnadır?

 

- Bəli.

 

- Sizdən bir şey soruşmaq istəyirəm. Amma xahiş edirəm, düzgün başa düşün. Jenya adı sizə nəsə deyir?

 

- Jenya? Siz “Jenya” dediniz? Aman Tanrım! Necə ki?! O mənim oğlumdu!

 

- Hardadı o?

 

- Nə bilim, ay oğul. Yüz ildir ki, yoxdu. Elə o gedəndi. Axı nə olub?

 

- Biz sizinlə görüşə bilərikmi?

 

- Əlbəttə. Gəlin evə. Mütləq gəlin. Axı siz kimsiz? Jenyanı hardan tanıyırsız? Nəsə eşitmisiz? (Həyəcanla)

 

- Zinaida Yeqorovna, rica edirəm, sakit olun. Hər şey yaxşıdı...

 

- ...”

 

Sonra nə olacaq? Sonrasını biz də təsəvvür edə bilmirik.

 

Lent.az-ı izləyin...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4127
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar