Lənkəranın daha üç kəndinə təbii qaz verilib
23 sentyabr 2013 20:16 (UTC +04:00)

Lənkəranın daha üç kəndinə təbii qaz verilib

Sentyabrın 23-də Lənkəran rayonunun Viyən, Yuxarı Nüvədi və Mikalon kəndlərinə təbii qaz verilib.APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən təntənəli açılış mərasimlərində şəhər İcra Hakimiyyəti başçısının Viyən inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahsuvar Abdullayev və kənd sakinləri çıxış edərək 20 illik fasilədən sonra əhaliyə təbii yanacağın yenidən verilməsi münasibətilə ölkə, rayon rəhbərliyinə və “Azəriqaz” İstehsalat Birliyinin kollektivinə minnətdarlıqlarını bildiriblər.

 

“Azəriqaz” İstehsalat Birliyi əsaslı tikinti şöbəsinin müdiri Natiq Ələsgərov əlamətdar hadisə münasibətilə əhalini təbrik edib.

 

Açılış mərasimlərində çıxış edən Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov təbii qazın hər bir evə hərarət, bərəkət gətirməsini, “mavi yanacaq”dan yalnız xeyir işlərdə istifadə olunmasını arzulayıb.

 

Daha sonra rəmzi məşəllər alovlandırılıb.

 

Qeyd edək ki, Viyən kəndində 744 sayğac və fərdi tənzimləyici, 961 metr polietilen və 14 min 629 metr metal borular quraşdırılıb. Yuxarı Nüvədi və Mikalon kəndlərində isə 478 sayğac və fərdi tənzimləyici, 3 min 380 metr polietilen və 31 min 537 metr metal borular quraşdırılıb.

 

Onu da əlavə edək ki, son bir ayda Lənkəranın 15 kəndinə təbii qazın nəqli bərpa olunub.  İlin sonuna kimi daha 9 yaşayış məntəqəsinə mavi yanacağın verilməsi nəzərdə tutulub. Hazırda Lənkəran rayonunda 30 minə yaxın abonent  (85 faiz) təbii qazdan istifadə edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1404
avatar

Oxşar yazılar