Kənd Təsərrüfatı Nazirliyinin bir neçə şöbəsinə hələ də rəhbər təyin edilməyib. Lent.az-ın məlumatına görə, nazirliyin Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsi, Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsi, Torpaqdan istifadəyə nəzarət, meliorasiya və təbiətin mühafizəsi şöbəsi, Ərzaq məhsullarının keyfiyyəti, standartlar və lisenziya şöbəsi və Hüquq, kadr və yerli orqanlarla iş şöbələrinin müdir yerləri vakant olaraq qalmaqdadır.
Adıçəkilən şöbələrin bir çoxunun müdiri nazir Heydər Əsədovun dövründə vəzifələrindən uzaqlaşdırılıblar. Ötən ilin oktyabrında dövlət başçısının imzaladığı sərəncamla nazir müavinləri Aslan Aslanov və Bəhram Əliyev vəzifələrindən azad edilib və hələlik qeyd olunan postlara təyinat olmayıb.