Kimya üzrə Nobel mükafatçıları məlum oldu
09 oktyabr 2013 17:12 (UTC +04:00)

Kimya üzrə Nobel mükafatçıları məlum oldu

Kimya üzrə Nobel mükafatçıları məlum oldu

 

 

2013-cü ilin kimya üzrə Nobel mükafatına Martinu Karplyus, Maykl Levit və Ari Uerşeli layiq görülüblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, kimyaçı alimlər kompleks kimyəvi sistemlərin modellərinin inkişafı na görə bu mükafata layiq görülüblər. Nobel komitəsi açıqlamasında bildirib ki, kompleks kimyəvi sistemlərin modellərinin inkişafı kimyəvi prosesləri anlamaq və proqnozlaşdırmaq üçün istifadə olunur. M. Karplyus, M. Levit və A. Uerşeli hüceyrə molekullarının struktur və funksiyasını izah etmək üçün vacib kvant kimyası yanaşmasından istifadə ediblər.     

 

Xatırladaq ki, ədəbiyyat üzrə Nobel mükafatı qalibinin adı oktyabrın 10-da, sülh və iqtisadiyyat üzrə isə 11-14 oktyabr tarixlərində açıqlanacaq. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1054
avatar

Oxşar yazılar