Kimya üzrə 48-ci Beynəlxalq Mendeleyev Olimpiadasına seçimi başlayır
04 aprel 2014 20:17 (UTC +04:00)

Kimya üzrə 48-ci Beynəlxalq Mendeleyev Olimpiadasına seçimi başlayır

Təhsil Nazirliyi və Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı 11-18 may tarixlərində Moskva şəhərində keçiriləcək kimya fənni üzrə 48-ci Beynəlxalq Mendeleyev Olimpiadasında iştirak edəcək komandanın müəyyənləşdirilməsi məqsədilə orta ümumtəhsil məktəblərinin IX, X və XI sinif şagirdlərinin seçim mərhələsini elan edir. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, seçim mərhələsində qeydiyyatdan keçmək üçün saytda yerləşdirilmiş “Qeydiyyat forması”nı kompüterdə saxlayaraq (Save as) çap edib, tam doldurub və imzalamaq lazımdır.

 

Qeydiyyat forması təşkilat komitəsinə elektron poçt vasitəsilə (skan olunmuş formada)[email protected] və ya təşkilat komitəsinin göstərilən ünvanına şəxsən təqdim etməklə çatdırıla bilər.

 

Seçim turu yazılı formada Azərbaycan və rus dillərində aparılacaq və 12 aprel saat 10:00-da M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yuxarıda göstərilən ünvanında keçiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 551
avatar

Oxşar yazılar