Kəmaləddin Heydərov Ağdamda vətəndaşları qəbul edib
27 sentyabr 2013 18:15 (UTC +04:00)

Kəmaləddin Heydərov Ağdamda vətəndaşları qəbul edib

Sentyabrın 27-də fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Ağdam rayonunda yerləşən nazirliyin Qarabağ Regional Mərkəzində Ağdam, Bərdə, Ağcabədi, Füzuli, Beyləqan, Tərtər və Xocavənd rayonlarının sakinlərinin qəbulunu keçirib. Lent.az-ın məlumatına görə, bu barədə FHN xəbər yayıb. Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 47 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Bundan başqa, kadr məsələləri ilə bağlı 120, digər məsələlərlə bağlı müraciət etmiş 82 vətəndaş nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.

# 568

Oxşar yazılar