İnternatda oxuyan yetim uşaqların sayı artıb
05 sentyabr 2019 19:22 (UTC +04:00)

İnternatda oxuyan yetim uşaqların sayı artıb

İnternat müəssisələrində təlim-tərbiyə alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı artıb.
 
Lent.az trend-ə istinadən bildirir ki, 2001-ci ildə internat müəssisələrində təlim-tərbiyə alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı hazırdakından 3 dəfəyə yaxın çox - 2484 nəfər olub.
 
Həmin dövrlə müqayisədə belə uşaqların sayı azalsa da, son 3 il ərzində onların ümumi sayında yenidən artıma doğru tendensiya müşahidə edilir.
 
2016-cı ildə internat müəssisələrində təlim-tərbiyə alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı 602, 2017-ci ildə 737 olduğu halda, 2018-ci ildə bu say 862 olub.
 
Ötənilki məlumatlara əsasən, internat müəssisələrində təlim-tərbiyə alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların 704-ü ümumtəhsil internat məktəblərində təlim-tərbiyə alır. Onların da 504-ü valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olan uşaqlar üçün internat məktəblərində oxuyur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 651
avatar

Oxşar yazılar