İTV-də kütləvi işdən çıxarılma- YENİLƏNİB
02 dekabr 2013 14:50 (UTC +04:00)

İTV-də kütləvi işdən çıxarılma- YENİLƏNİB

Bu gün İctimai Televiziyanın bir qrup əməkdaşı işdən çıxarılıb.

 

Belə ki, televiziyanın ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Tahir Məmmədov, ictimaiyyətlə əlaqələr departamentinin direktor müavini Pərvanə Süleymanova, həmçinin bu ilin sentyabrına kimi İTV-nin informasiya departamentinin direktoru olmuş və daha sonra vəzifəsi aşağı salınaraq şərhçi kimi fəaliyyət göstərən İlham Sərxanlı işdən azad olunublar.

 

İşdən çıxarılanlar arasında “Carçıfilm” Yaradıcılıq Birliyində direktor müavini kimi çalışan Qərənfil Xəlilova da var.

 

Qeyd edək ki, işdən çıxarılanlar özləri istefa verdiklərini bildirirlər.

***

İTV-dən işdən çıxarılanlar siyahısına yeniləri əlavə olunub.

 

İTV-nin Türkiyə müxbiri Rəhimə Mirzəyeva, operator Dilqəm Mirzəyev, “Carçı-film” Yaradıcılıq Birliyinin böyük redakroru Anar Məmmədov, telekanalın Aran bölgəsi üzrə müxbiri Əminə Rəhimova, Gəncə müxbiri Vaqif Tanrıverdiyevdir.

 

Bu arada AzNews.az-a analitik proqramlar departamentinin direktoru Füzuli İsmayılovun işdən çıxarılmasının səbəbləri məlum olub. Mənbə bildirir ki, onun işdən çıxarılması Cəmil Quliyevin müavini Şaiq Məmmədovla aralarında yaranan problem olub.

 

Şaiq Məmmədov əvvəlcə onun müəllifi olduğu “Yekun” analitik proqramınıın aparıcılığına yiyələnib, sonra isə İTV-dən çıxarılmasına müvəffəq olub.

 

aznews.az

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7016

Oxşar yazılar

Sabah  çimərliklərdə hava   necə olacaq? - PROQNOZ

Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ

7 iyul 2025 , 15:54
Bakıda kuryerlər "Wolt"u boykot edir

Bakıda kuryerlər "Wolt"u boykot edir

7 iyul 2025 , 15:13
Bunlara diqqət etməyənlərin diplomu tanınmayacaq - EKSPERTDƏN AÇIQLAMA

Bunlara diqqət etməyənlərin diplomu tanınmayacaq - EKSPERTDƏN AÇIQLAMA

7 iyul 2025 , 15:10
Bakıya  yağış,   rayonlara  leysan yağacaq  - Sabahın havası

Bakıya yağış, rayonlara leysan yağacaq - Sabahın havası

7 iyul 2025 , 12:55
Bu həftə gözlənilən maqnit qasırğalarının  PROQNOZU

Bu həftə gözlənilən maqnit qasırğalarının PROQNOZU

7 iyul 2025 , 12:26
Magistraturaya ixtisas seçimi başladı

Magistraturaya ixtisas seçimi başladı

7 iyul 2025 , 11:38
İyul ayında hər şeydə şanslı olacaq  BÜRC

İyul ayında hər şeydə şanslı olacaq BÜRC

7 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

7 iyul 2025 , 08:29