İtaliyanın “AGİ” informasiya agentliyinin baş meneceri “APA Holding”in rəhbəri ilə görüşüb
02 oktyabr 2014 15:24 (UTC +04:00)

İtaliyanın “AGİ” informasiya agentliyinin baş meneceri “APA Holding”in rəhbəri ilə görüşüb

 

 

 IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycana gələn İtaliyanın “AGİ” informasiya agentliyinin baş meneceri Gianni Di Giavanni “APA Holding”in rəhbəri Vüsalə Mahirqızı ilə görüşüb.


 

APA-nın məlumatına görə, cənab Di Gianni rəhbərlik etdiyi qurumun İtaliyanın ən böyük və geniş şəbəkəyə malik informasiya agentliyi olduğunu deyib, 60 ildir fəaliyyət göstərən “AGİ”nin 50-dən çox ölkədə nümayəndəliyinin olduğunu vurğulayıb. Baş menecer agentliyin həm də telekommunikasiya sahəsində ixtisaslaşmaq üzrə olduğunu bildirib. Təmsil etdiyi agentliyin Azərbaycanda APA informasiya agentliyi ilə əməkdaşlıq etmək niyyətində olduğunu deyən cənab Di Gianni mümkün əməkdaşlıq formalarının müzakirə oluna biləcəyini söyləyib.

 

Öz növbəsində Vüsalə Mahirqızı qonağa APA informasiya agentliyi və holdinqə daxil olan digər media strukturlarının fəaliyyəti barədə geniş məlumat verib. Agentliyin iş prinsipləri, fəaliyyəti, əhatə dairəsi barədə danışan V.Mahirqızı APA-nın artıq dünyanın tanınmış media qurumları ilə əməkdaşlıq təcrübəsinin olduğunu bildirib və bu təcrübədən yararlanaraq APA və AGİ arasında əməkdaşlığın modellərini müzakirə etməyə hazır olduğunu deyib.

 

Görüşdə tərəflər rəhbərlik etdikləri qurumların fəaliyyət prinsipləri, həyata keçirilən yeni layihələr ətrafında müzakirələr aparıblar. Görüşün yekunu olaraq APA və AGİ arasında əməkdaşlıq haqqında memorandum layihəsinin hazırlanması qərara alınıb. Layihə hazır olduqdan sonra “APA Holding”in Direktorlar Şurasında və AGİ rəhbərliyində müzakirəyə çıxarılacaq, yekun variant hazırlandıqdan sonra imzalanacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 556
avatar

Oxşar yazılar