İqbal Ağazadə gecəyarısı etiraza çıxıb
02 noyabr 2014 14:28 (UTC +04:00)

İqbal Ağazadə gecəyarısı etiraza çıxıb

0

Xətai rayonunda ağacların kütləvi şəkildə kəsilməsi etiraza səbəb olub

 

 

Lent.az-ın xəbərinə görə, bunu musavat.com-a millət vəkili İqbal Ağazadə deyib.

 

Deputat gecəyarı seçiciləri yaşayan Xətai rayonu, İnqilab İsmayılov küçəsinə gedib: “Bu küçənin 3, 4 və 5-ci binalarının sakinləri gecə saatları olmasına baxmayaraq, ayağa qalxıblar. Buna səbəb ərazidəki çoxillik ağacların ekskavatorlarla kökündən çıxarılmasıdır. Təxminən 20 böyük ağacı məhv ediblər. Etiraza qalxan sakinlərə polis müdaxiləsi olub. Hazırda ərazinin polis rəisi də buradadır. Onunla danışdıq, saxlanan sakinlər buraxıldı”.

 

 

İ. Ağazadə deyib ki, bundan əvvəl də 24 böyük ağacı çıxartmışdılar: “O zaman mən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Baş prokurorluğa, DİN-ə müraciət etdim. Nəticədə, 35-ci polis bölməsində faktla bağlı araşdırma başladıldı. Lakin o, yarımçıq qaldı. Bu səbəbdən də, yenidən başlayıblar”.

 

 

Millət vəkilinin sözlərinə görə, bu iş qaranlıqda aparılır: “Küçənin işığı əvvəlcədən söndürülüb. Lakin camaat xəbər tutub və küçəyə axışıb. Bu zaman qarşıdurma olub və polis müdaxilə edib. Hazırda ağacları qıranlar  qaçıblar.  Ekskavator da, ağaclar da ortada qalıb ”.

 

 

İqbal Ağazadə deyir ki, bunu edən hansısa bir şirkətdir: “Sakinlər deyir ki, bu şirkət Xalqlar Dostluğundakı yarmarkanın müdiri İman adlı iş adamınındır.  Bu ünvandakı ağacları niyə kəsirlər, bu barədə də sakinlərə məlumat verilməyib. Günü sabahdan bu işlə ciddi məşğul olacam. Mətbuatdan da xahiş edirəm ki, mövzunu diqqətdə saxlasınlar  ” .

 

 

Əhalinin etirazlarına polisin müdaxiləsi zamanı xəsarət alanlar olub. bu səbəbdən də əraziyə təcili tibbi yardım maşınları çağırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2319

Oxşar yazılar