GÜNÜN ŞƏRHİ
İŞİD-in törətdiyi qətllər fonunda Avropanın yerli əhaliyə yardım etmək istəyi Qərbin Yaxın Şərqdə olan insanlara köməyi kimi dəyərləndirmək düzgün deyil. Terrorçuların törətdiyi qırğınlarda minlərlə dinc insan - o cümlədən qadın, uşaq - həyatını itirərkən Qərb gələcək planlarını yazırdı və gözləmə mövqeyində dayanmışdı. İstəklərinə nail olmaq üçün uyğun zamanı gözləyirdi.
Bu günlərdə bəzi dini saytlarında İŞİD lideri olduğu iddia edilən Əbu Bəkr əl-Bağdadinin ABŞ senatoru Con Makkeyn ilə fotosu yayılıb.
Şəkil 2013-ci ildə Türkiyə ilə Suriya sərhədində Suriyadakı müxalifət nümayəndələri ilə görüşdə çəkildiyi bildirilir. Hansı ki, həmin vaxt Türkiyə ilə Suriya sərhədində qızğın müharibə gedirdi və hər gün minlərlə ölüm xəbəri gəlirdi. Amerikanın yüksəksəviyyəli təmsilçisi indi terrorçu elan edərək bombaladığı İŞİD lideri ilə müzakirə aparırdı. Düşünüdürücüdür, deyilmi?
Bu da Qərbin Suriya, İraq və digər müsəlman ölkələrində müharibələrin davam etməsində maraqlı olduğunu göstərən bir nümunədir...