İlkin Nəcəfzadə ilə "Ana xəbər" bloku - 03 aprel
03 aprel 2014 20:09 (UTC +04:00)

İlkin Nəcəfzadə ilə "Ana xəbər" bloku - 03 aprel

İLKİN NƏCƏFZADƏNİN TƏQDİMATINDA GÜNÜN ŞƏRHİ

Krım münaqişəsində yeganə düzgün mövqe tutan, beynəlxalq hüquq normalarından sapmayan, hər iki tərəfdən təzyiqlərə məruz qalmasına rəğmən dik duruşunu qoruyub saxlayan türklər tək qalıblar. Ruslar Krımda referendum keçirən zaman bu addımı tənqid və ya təqdir edənlər Krım türklərinin referendum keçirmək niyyəti qarşısında susurlar. Baxmayaraq ki, öz milli müqəddəratını təyinetmə haqqına ən çox sahib olan onlardır. Baxmayaraq ki, yarımadada separatçılığın qarşısında ukraynalılardan belə çox müqavimət göstərən Krım türkləri idi. Ukraynalıların sahib çıxmadığı, avropalıların görməzlikdən gəldiyi, rusların isə qoltuğunun altına sığınmaq istəməyən o türklər indi referendum keçirərək öz müqəddəratlarını həll etmək istəyirlər. Heç kimdən dəstək almayacaqlarını bilə-bilə. Tək hədəfləri tarixə düşməkdir, özlərindən sonra gələcək nəsillərə “biz sonadək mübarizə apardıq, amma güclü gücsüzü diz çökdürdü” sözünü alnıaçıq, vicdanla demək istəyirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 759

Oxşar yazılar