İlk TEDxUNEC konfransı keçirilib
05 noyabr 2016 13:52 (UTC +04:00)

İlk TEDxUNEC konfransı keçirilib

 

Noyabrın 5-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elm aylığı” çərçivəsində ilk dəfə TEDx konfransı keçirilib.

 

 

UNEC-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Təhsil və elmin vəhdəti” mövzusunu əhatə edən konfransın təşkili üçün bu ilin mart ayında TED təşkilatından rəsmi lisenziya alınıb. TED təşkilatı tərəfindən edilən güzəşt əsasında, konfransda iştirak qeydiyaytsız və tam ödənişsiz həyaya keçirilib.

 

İlk TEDxUNEC konfransında UNEC-in rektoru, professor Ədalət Muradov, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru Fazil Mustafa və təhsil üzrə ekspert, professor Şahlar Əsgərov mövzu ilə bağlı dəyərli fikirlərini paylaşıblar.

 

Konfransda video-müraciətlə çıxış edən TED kuratoru Chris Andersonun müraciətində TEDx konfranslarının mahiyyətinə və qazanılan dəyərlərə diqqət çəkib. Paylaşmağa dəyər fikirləri özündə ehtiva edən konfransda məruzəçilərin iştirakçılara faydalı məlumatlar qazandıracağına əminliyini ifadə edib.

 

İlk məruzəçi AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov “Azərbaycanda elm və təhsilin vəhdətinin problemləri və həlli yolları” mövzusu üzrə çıxış edib. O, aktual mövzunun  əsas istiqamətlərinə diqqət çəkərək, inkişaf maneələrini açıqlayıb. Təcrübələrinə əsaslanan məruzəçi çıxış yolunun müəllim hazırlığının metodologiyasının dəyişdirilməli olduğunu bildirib. Həyata keçirilən layihələrdə ölkənin siyasi, iqtisadi, coğrafi və mental dəyərlərinə əsaslanan milli modelin yaradılmasının vacibliyi vurğulayıb. Məruzəçi qeyd edib ki, elm və təhsil müəssisələri malik olduqları resurslarla bir-biriləri ilə daha intensiv əməkdaşlıq etməli, yeni nəaliyyətlərə zəmin yaratmalıdırlar.

 

Konfransda növbəti çıxış üçün səhnəyə millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru Fazil Mustafa dəvət olunub. Aktual məsələyə fərqli prizmadan fikir bildirən F.Mustafa “Azərbaycanda elmi fəaliyyət və təhsil prosesinin qanunvericilikdə tənzimlənməsi” mövzusunda özünəməxsus şərh verib. Təhsil sahəsində dünya təcrübəsinin tətbiqi zamanı yaranan problemlərə diqqət çəkərək, həlli yollarını açıqlayıb. Qanunvericiliyin elm və təhsil vəhdətini stimullaşdıracaq imkanları açıqlayıb.

 

Maraq doğuran informasiyaların səsləndirildiyi konfransda növbəti çıxışı “Tərəqqi, texnolgiya və elmin vəhdəti” mövzusundan təhsil üzrə ekspert, professor Şahlar Əsgərov edib. O, elm və təhsilin vəhdətində dəyərlərin qiymətləndirilməsini riyazi düsturlar əsasında bağlılığını ifadə edərək, sənaye və texnologiyanın bu vəhdətdə rolunu dinləyicilərlə paylaşıb. O, həmçinin inkişafın zəruri və kafi şərtlərini açıqlayıb və bildirib ki, sənaye, texnologiya, elm və təhsi strukturları nə qədər bir-birilərinə sıx inteqrasiya edilsələr bir o qədər fayda vermiş olacaqdır.

 

Konfransın növbəti məruzəsini UNEC rektoru, professor Ədalət Muradov edib. “İnsan kapitalı – təhsil və elmin yaratdığı dəyərdir” fikrini bildirən rektor, üç faktor arasındakı sistemli əlaqəni, fayda verəcək dəyərlərə izah verib. Rektor, insana yatırılan səmrayənin perspektivdə ölkə iqtisadiyyatında effektivliyini açıq şəkildə büruzə verəcəyini bildirib. Fiziki sərmayə ilə insana yatırılan sərmayə arasında müqayisəli təhlil verən məruzəçi, inkişaf etmiş ölkələrdən statistik nəticələri nümunə gətirib. Təhsil faktorunu diqqət mərkəzinə çəkən məruzəçi, ali təhsil müəssisələrinin xidmət göstərən biznes struktur kimi fəaliyyət göstərməsinin daha effektiv nəticələr əldə edəcəyi fikrini bildirib. Ali təhsil almağın kütləviliyinin azaldılaraq, daha elitar təhsil forması kimi mövqeylənməsinin təmini elm və təhsil vəhdətinin səmərəli nəticəsini yarada biləcəyi vurğulayıb.

 

Qeyd edək ki,  “Paylaşılan ideyalar” sloqanı ilə 1984-cü ildə qurulan TED, məruzəçilərin qısa videoları ilə biliyi və unikal mülahizələri bütün dünyaya yayan ensiklopediya halına gəlib.

TED-də dünyaca məşhur şəxslər və elm adamları bilik və təcrübəsini paylaşmaqdadırlar. Bu gün planetin 150 ölkəsində təşkil edilmiş  5723 TEDx konfransda 7114 məruzəçini təqribən 5 milyard insan izləyib. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 239
avatar

Fərizə Əhmədova

Oxşar yazılar