İlham Əliyev İsmayıllıya 2 milyon manat ayırdı
23 sentyabr 2014 19:12 (UTC +04:00)

İlham Əliyev İsmayıllıya 2 milyon manat ayırdı

Prezident İlham Əliyev İsmayıllı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncamla İsmayıllı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə İsmayıllı Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılacaq.

 

Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin edilməsi ilə bağlı tapşırıq verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 525
avatar

Yalçın UĞUR

Oxşar yazılar