İlham Əliyev Daşkəsənə 2 milyon manat ayırdı
20 oktyabr 2014 19:21 (UTC +04:00)

İlham Əliyev Daşkəsənə 2 milyon manat ayırdı

0

Prezident İlham Əliyev Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Daşkəsən Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılıb.
 

Maliyyə Nazirliyi sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 587

Oxşar yazılar