İlahiyyat İnstitutuna və Mənəvi Dəyərlərin Təbliği Fonduna yeni bina verildi
“Ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə İlahiyyat İnstitutuna yeni bina verilib. Hazırda həmin binada təmir işləri həyata keçirilir”.
APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O bildirib ki, İlahiyyat İnstitutunun yeni binası Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsində yerləşir: “Bina 5 mərtəbədən ibarətdir. Binada təmir işləri yekunlaşdıqdan sonra tədris orada aparılacaq”.
M.Qurbanlı deyib ki, həmin binada Mənəvi Dəyərlərin Təbliği Fondu da yerləşəcək: “Hazırda isə Mənəvi Dəyərlərin Təbliği Fondu kirayədə yerləşir. Yeni bina istifadəyə veriləndən sonra isə hər iki qurum eyni binada yerləşəcək. Amma onların girişi ayrı-ayrı yerlərdən olacaq”.
712