
İkinci sınaq imtahanının doğru cavabları açıqlanıb
15 aprel 2018-ci il tarixində keçirilmiş sınaq imtahanında I-IV ixtisas qrupları üzrə (Azərbaycan və rus bölmələri ) istifadə olunmuş test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən Lent.az-a verilən məlumata görə, hazırda cavab kartları və imtahan protokollarının emalı prosesi həyata keçirilir, nəticələrin yaxın 2 gün ərzində elan olunması nəzərdə tutulur. İmtahan nəticələrini Mərkəzin internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olar.
Xatırladaq ki, gün ərzində abituriyentlər, həmçinin müəllimlər, ekspertlər, valideynlər sınaq imtahanlarında istifadə olunmuş sual kitabçaları və test tapşırıqlarının izahını da DİM-in saytından əldə edə biləcəklər.
Sınaq imtahanlarında istifadə olunmuş sual kitabçalarını və test tapşırıqlarının izahının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində >"DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı "> “Sual kitabçaları” və ya “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkün olacaq. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).
Oxşar yazılar

İşlər çox pis gedəcək: Bu BÜRCLƏRİ ilin ən çətin dövrü gözləyir
13 iyul 2025 , 09:09
Qızmar istilər kim üçün təhlükəlidir?
13 iyul 2025 , 04:35
İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22