Elektron gələcək
08 oktyabr 2014 11:36 (UTC +04:00)

Elektron gələcək

0

 

Bu gün dünyada uğurlu siyasi və iqtisadi inkişafa, çoxəsrlik zəngin tarixi ənənəyə, müxtəlif xalqların ümumi yaşayışının təhlükəsiz təminatının tolerant mühitinə malik olan Azərbaycan üçün müasir texnologiyalardan istifadə aktualdır. Respublikamızda reallaşan məqsədyönlü inkişaf modeli neft amilindən asılılığın ləğvinə, alternativ mənbələrdən istifadəyə yönlənmişdir. Bu strateji xəttin əsas qolunu  İKT sektorunun sürətli inkişafı, neft gəlirlərinin İKT gəlirləri ilə əvəzlənməsi təşkil edir. Artıq bu istiqamətdə çevik addımlar atılmış,  mərhələlər üzrə nəticəvi işlər görülmüşdür. Respublikamızın ilk peykinin orbitə çıxarılması  iqtisadiyyatın şaxələndirilməsi və yeni sənaye sahələrinin inkişafı, innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, o cümlədən Azərbaycanın regional və beynəlxalq nüfuzunun genişləndirilməsi, İKT üzrə regional mərkəzə çevrilməsini təmin etmiş oldu. Təsadüfi deyildir ki, peyk sənayesi ən innovativ və texnoloji cəhətdən inkişaf etmiş və dünya üzrə ən gəlirli sənaye sahələrindən biri hesab edilir.

Son illər Azərbaycan Respublikasında informasiya kommunikasiya texnologiyalarının inkişafı, mövcud potensialdan maksimum şəkildə istifadə olunması və Respublikanın informasiya potensialının beynəlxalq aləmdə tanınması,  eyni zamanda dünyanın inkişaf etmiş dövlətlərinin təcrübəsini ehtiva edən ardıcıl, məqsədyönlü, strateji “elektron inkişaf modeli” həyata keçirilməkdədir. Bu öhdəliklər isə informasiya-kommunikasiya texnologiyaları sahəsində dövlət siyasətini həyata keçirən  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində təcəssüm olunmuşdur. Yeni texnologiyaların tətbiqi və inkişafı çərçivəsində qəbul edilən çoxsaylı hüquqi-normativ aktlar məhz ölkənin elektron imkanlarından səmərəli şəkildə yararlanması məqsədini daşıyır. Hazırda dünyada "Elektron hökumət haqqında” qanunun qəbul edildiyi çox az ölkə (təqribən 7 ölkə) vardır ki, Azərbaycan bu siyahıda sadalanan ölkələrdən olan Avstriyanın təcrübəsinin yaxından öyrənilməsində maraqlıdır.

Azərbaycan MDB məkanında "elektron hökumət" layihəsi üzərində işlərin aparıldığı 4-cü ölkədir. “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003-2012-ci illər)” əsasən işlənib hazırlanmış “E-hökumət” layihəsi “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Layihə Azərbaycan cəmiyyəti üçün nisbətən yeni və fərqli formatlı olsa da cəmiyyətin qəbulu və uyğunlaşması  baxımından arzuolunan nəticələri doğrultmaqdadır.

Nailə Məmmədova

Azerbaijan Realities

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 610

Oxşar yazılar