Hüseynqulu Bağırov: <b>"Azərbaycanda 2 milyon 242 min ağac əkilib"</b>
09 oktyabr 2014 10:58 (UTC +04:00)

Hüseynqulu Bağırov: "Azərbaycanda 2 milyon 242 min ağac əkilib"

0

“Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üçün infrastruktur imkanları 20 min kubmetr olan, ilkin mərhələdə pilot olaraq sutkada 1000 kubmetr gücündə avadanlıq quraşdırılmış zavod və müasir tinglikdən ibarət kompleks inşa edilib”. Lent.az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib.

 

Nazir qeyd edib ki, bu, gələcəkdə yarana biləcək su qıtlığı probleminin effektiv həlli üçündür.

 

H. Bağırov vurğulayıb ki, faktiki olaraq bu zavod Xəzər sahilində ən müasir və iri duzsuzlaşdırma müəssisəsidir.
”Bu gün zavodda istehsal olunan su ətraf ərazidə salınmış yaşıllıqların suvarılmasında istifadə edilir. Hazırda Ələt-Astara magistral avtomobil yolunun ətrafının yaşıllaşdırılması işləri davam edir. Əkinlərin əksəriyyəti zeytunluq olan bu ərazilərdə suvarmaya yararlı suyun məhdud olması dəniz suyunun duzsuzlaşdırılma həcminin artırılması zərurətini yaradıb”.

 

Nazir onu da vurğulayıb ki, bunun üçün əlavə tikinti-quraşdırma işləri aparmadan duzsuzlaşdırma kompleksinin gücünü qısa zamanda 4 dəfə artırmaq mümkündür və buna ehtiyac var.
”Bundan başqa, Şirvan kanalının nisbətən az duzlu suyunun Xəzər dənizinə axıdılmaqdansa, duzsuzlaşdıraraq suvarmada istifadə edilməsi daha məqsədəuyğun olardı”.

 

H. Bağırovun sözlərinə görə, bu  ilin 9 ayı ərzində meşə fondu torpaqlarında 1 144 hektar sahədə yeni meşələr salınıb və meşə səpini işləri aparılıb, 2 milyon 242 min ağac əkilib: “Həyata keçirilmiş tədbirlər nəticəsində meşə ilə örtülü ərazilərin sahəsi 1 milyon hektarı keçmiş və ümumi ölkə ərazisinin 11,4 faizindən 11,8 faizinədək artıb. Onun sözlərinə görə, son 10 il ərzində 103 min hektar sahədə meşə-bərpa işləri aparılıb və yeni meşələr salınıb, 80 milyon ağac yetişdirilib. Son 10 ildə meşə fonduna daxil olmayan ərazilərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər təşkilatlar tərəfindən 20 milyondan artıq müxtəlif növ ağac və kol əkilib. Son 4-5 il ərzində arid sahələr və aşağı keyfiyyətli torpaqlarla əhatə olunmuş Bakı və Abşeron yarımadasında 3405 hektar ərazidə 3,5 milyon ağac əkilib, ərazi 10 min kilometrdən çox uzunluğunda müasir damcılı suvarma sistemləri ilə təmin olunub. 8160 kubmetr həcmində 10 yeraltı dəmir-beton su anbarı, 200 min kubmetr həcmində 7 torpaq su anbarı, 18 nasosxana, 40-dək müxtəlif tikililər inşa edilib, 10 kilometrlərlə elektrik xətləri çəkilib, onlarla transformator quraşdırılıb, alternativ su mənbələri yaratmaq üçün 42 kilometr iritutumlu su xətləri çəkilib, minlərlə kubmetr gübrə daşınmış və ərazilərə verilib”.

 

Nazir onu da qeyd edib ki, müxtəlif bölgələrdə 1700 hektar sahədə 1,1 milyondan artıq əsasən xaricdən gətirilmiş daha məhsuldar və davamlı zeytun tingləri əkilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 533

Oxşar yazılar