Hüseyn Bağırov vətəndaşların şikayət və təkliflərini dinlədi
15 may 2013 15:39 (UTC +04:00)

Hüseyn Bağırov vətəndaşların şikayət və təkliflərini dinlədi

Bu gün ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Şirvan, Salyan, Neftçala, Hacıqabul, Saatlı və Sabirabad rayonlarında yaşayan vətəndaşlarla Şirvan şəhərində yerləşən Mərkəzi Mədəniyyət evində görüşüb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Hüseyn Bağırov vətəndaşların  şikayət və təkliflərini dinləyib.

 


Görüşdə ekologiya və təbii sərvətlər naziri ilə birlikdə nazirliyin idarə və departamentlərinin, tabeli qurumlarının rəhbərləri iştirak ediblər. Bölgə rayonlarından olan 50-yə qədər vətəndaşın müraciətinə baxılıb. Hüseyn Bağırov hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun surətdə dərhal həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib, müraciətlərin bir hissəsi elə yerindəcə öz həllini tapıb.


Qeyd edək ki, belə xarakterli görüşlərin ölkənin digər regionlarında da təşkilinin davamı nəzərdə tutulur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 554
avatar

Oxşar yazılar